RU

Türkiyədə şəxsi təyyarə qəzaya düşdü - İtkinlər var

Türkiyənin Bayburt-Ərzurum sərhədində şəxsi təyyarə qəzaya uğrayıb.

 

Sfera.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

 

İki nəfərlik şəxsi təyyarənin qəzaya uğradığı yeri müəyyənləşdirmək üçün işlər davam etdirilir.

 

Bayburt valisi Mustafa Eldivan hadisə ilə bağlı açıqlama verib:

 

“Hazırda axtarış-xilasetmə işlərimiz yerin müəyyən edilməsi üçün davam edir. Dəqiq olan odur ki, təyyarə qəzaya uğrayıb və 2 yaralı var. Qəza qurbanı olan qadınla danışdım. Onları xilas edəcəyimizi dedik.

 

Ümid edirəm ki, axşamacan onları sağ-salamat xilas edəcəyik”.

Избранный
13
1
sfera.az

2Источники