Bayburt ilə Ərzurum vilayətlərinin sərhədində yerləşən Pazaryolu rayonunun dağlıq ərazisində iki nəfərlik xüsusi təyyarə qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, Ərzurum 112 Təcili Çağrı Mərkəzinə daxil olan məlumatda, Bayburt-Ərzurum sərhədində bir hava nəqliyyat vasitəsinin yerə düşdüyü bildirilib.
Hadisə yerinə dərhal jandarma, AFAD, səhiyyə və çoxsaylı axtarış-xilasetmə qrupları göndərilib.
Tək mühərrikli təyyarənin düşdüyü dəqiq nöqtənin müəyyən olunması üçün axtarışlar davam etdirilir. Təyyarədə olan iki nəfərin xilas edilməsi məqsədilə təcili xilasetmə əməliyyatı başlayıb.
Kənan YUSİF