RU

"Qarabağ" Maksim Medvedevin təyinatını açıqladı

"Qarabağ" Maksim Medvedevin B komandasına baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "Qarabağ" rəhbərliyi Maksim Medvedevin uzun müddət kluba göstərdiyi xidməti və son bir ildə U-14 komandasında məşqçi kimi fəaliyyətini nəzərə alaraq, onu əvəzedici komandanın baş məşqçisi vəzifəsinə təyin etmək qərarına gəlib.

Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr edən 35 yaşlı mütəxəssis son bir ili U-14 komandasının məşqçisi kimi keçirib.

Qeyd edək ki, “Qarabağ” akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-24-cü illərdə əsas komandanın formasını geyib. O, “Qarabağ”ın heyətində ən çox oyun keçirən futbolçu rekorduna sahibdi.

Избранный
24
15
football-plus.az

10Источники