RU

Bu il BDU nun SABAH qruplarını 471 məzun bitirir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 2 iyul, AZƏRTAC

2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarını bakalavriat səviyyəsində 13 qrup, 9 ixtisas (biologiya müəllimliyi, coğrafiya müəllimliyi, fizika müəllimliyi, hüquqşünaslıq, kimya müəllimliyi, psixologiya, kompüter elmləri, riyaziyyat müəllimliyi, tarix müəllimliyi) üzrə 348 məzun bitirir. Magistratura səviyyəsində isə 10 qrup, 8 ixtisaslaşma (ehtimal nəzəriyyəsi və riyazi statistika, əməliyyatlar tədqiqi və sistemli təhlil, jurnalistika, kimyəvi kinetika və kataliz, kompüter elmləri və texnologiyaları, molekulyar biologiya, nanohissəciklər fizikası, optimallaşdırma və optimal idarəetmə) üzrə 123 məzun bitirir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Azərbaycanın 13 ali təhsil müəssisəsindəki SABAH qrupları arasında ən çox ixtisas və tələbə sayı məhz BDU-dadır. Cari tədris ilində BDU-nun SABAH qruplarında bakalavriat səviyyəsi üzrə 913, magistratura səviyyəsi üzrə isə 237 tələbə təhsil alıb.

Ümumilikdə son 9 ildə BDU-nun SABAH qruplarından 2132 tələbə məzun olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
3
azertag.az

4Источники