“Çelsi” və PSJ FIFA klublararası dünya çempionatının qalibi olmağa əsas namizəd sayılırlar.
İdman.biz xəbər verir ki, "Opta" superkompüteri turnirin qalan hissəsinin 10 min simulyasiyasını həyata keçirib.
Nəticələr əsasında 1/4 finalçıların çempionluğu qazanmaq şansları hesablanıb.
“Çelsi” 26,8 % qalib olmaq ehtimalı ilə birinci yeri tutub. PSJ siyahıda ikinci, "Real Madrid" isə üçüncü pillədə qərarlaşıb.
Klublararası dünya çempionatının qalibi olmaq ehtimalları:
1. "Çelsi" - 26,8 %
2. PSJ - 24,9 %
3. "Real Madrid" - 16,9 %
4. "Bavariya" - 14,8 %
5. "Borussiya Dortmund" - 7,6 %
6. "Əl-Hilal" - 4,3 %
7. "Palmeyras" - 3 %
8. "Fluminense" - 1,55 %
İdman.biz