ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Qazana bilirəm ki? Hələ bir həyat yoldaşımı da sənətə gətirim? Nə qazanırsa, həyat yoldaşım qazanır, mən də ər çörəyi yeyirəm”.
“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xəyalə Manaflı “Elgizlə izlə” verilişində deyib.
Sənətçi pul qazana bilməməkdən gileylənib: “İldə, ayda bir dəfə hansısa məkan dəvət edir. Məni mütəmadi dinləmək istəyən tamaşaçımın gələ biləcəyi məkan yoxdur. Mahnı yazdırmaq üçün sənətdən qazanmalısan. Efirə çıxıb özümü tanıtmaq üçün səs-küy salmalıyam? Şou-proqramlara, toya dəvət alanların əksəriyyəti efirdə haray edənlərdir. 5 yaşımdan tamaşaçı gözü önündə böyümüşəm, elə edə bilmərəm. Qalmaqalı olanı efirə çox çağırırlar. İnsanlar da onları izləyir və dinləmək üçün onların çıxış etdiyi məkana gedirlər”.
Qeyd edək ki, Xəyalə Nurlanla “TikTok”da tanış olub. O, bərbər olaraq çalışır. Cütlük ötən il ailə həyatı qurub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.