RU

Həkimlər 5000 kilometr uzaqlıqdan əməliyyat ediblər

Çinli cərrahlar peyk texnologiyasından istifadə etməklə 5000 kilometr uzaqlıqdan robot əməliyyatlar ediblər.

Yenisabah.az xəbər verir ki, çinli cərrah Prof.Dr.Ronq Liunun rəhbərlik etdiyi qrup Pekində 5000 kilometr uzaqlıqdakı Lhasadan peyk və robot cərrahiyyə texnologiyasından istifadə edərək iki xəstəni əməliyyat edib.

Ənənəvi 5G dəstəkli cərrahi sistemlərdə məsafə məhdudiyyəti olsa da, bu əməliyyatda "Apstar-6D" peykinin aktivləşdirilməsi ilə gecikmələrin minimuma endirildiyi bildirildi. pizza sifarişi

Professor Rong Liunun rəhbərlik etdiyi həkimlər qaraciyər xərçəngi və hemangioma olan iki xəstəni təxminən 124 dəqiqə davam edən əməliyyatlarla müalicə ediblər. Bildirilib ki, yeni nəsil qoşulma sistemləri sayəsində əməliyyat zamanı məlumat axını fasiləsiz olaraq təmin edilib və yüksək dəqiqliklə əməliyyatlar aparıla bilib.

Qeyd edək ki,  açıqlamada əməliyyatdan sonra ciddi fəsadların olmadığı və xəstələrin 24 saat ərzində evə buraxıldığı da paylaşılıb.

Aydan Hacı


Telegram kanalımız
Избранный
110
50
yenisabah.az

10Источники