RU

ABŞ məhkəməsi “Google”u 314 milyon dollar cərimələdi

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

ABŞ məhkəməsi “Google”un “Android” tipli mobil cihazların məlumatlarından istifadəçilərin razılığı olmadan istifadə etdiyinə görə, 314 milyon dollar ödəməsi barədə qərar qəbul edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, 2019-cu ildə şirkətə qarşı kollektiv məhkəmə iddiası qaldırılıb.

İddiaya görə, “Google” “Android” cihaz sahiblərinin mobil internet trafikindən qeyri-qanuni şəkildə istifadə edərək şirkətin maraqları, o cümlədən məqsədli reklamlar üçün istifadə ediB.

Santa Klara Dairəsi münsiflər heyəti “Google”u təqsirli bilib və şirkətin 314 milyon dollar ödəməsinə qərar verib.

“Google” isə məlumatların toplanmasının istifadəçi müqaviləsinə uyğun həyata keçirildiyini iddia edir və buna görə də hökmündən apellyasiya şikayəti verməyi planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
23
yeniavaz.com

10Источники