RU

İran: ABŞ nüvə obyektinə ciddi və dağıdıcı ziyan vurub

"ABŞ-nin İranın Fordonu bombardman etməsi bu nüvə obyektinə ciddi və dağıdıcı ziyan vurub".

Olaylar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

"Heç kim Fordoda nə baş verdiyini dəqiq bilmir. Amma indiyə qədər bildiyimiz odur ki, obyektlərə ciddi və geniş ziyan dəyib. Hazırda İranın Atom Enerjisi Təşkilatı qiymətləndirmə aparır, məsələ ilə bağlı hesabat hökumətə təqdim olunacaq", - nazir bildirib.

Diplomatın sözlərinə görə, zərərin miqyası ilə bağlı hələlik dəqiq məlumat yoxdur:

"Nüvə obyektlərininin yenidən işə salınmasının mümkün olub-olmadığı və onların yenidən işə salınıb-salınmayacağı ilə bağlı qiymətləndirmələri gözləməliyik. Ali rəhbərin (Əli Xamenei) fətvasına əsasən, nüvə silahının İranın müdafiə doktrinasında yeri yoxdur, dini baxımdan qadağandır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
23
47
olaylar.az

10Источники