RU

Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb - Baş Prokurorluq

Cinayət işində şahid olan şəxslər dindirilib, Dövlət Miqrasiya Xidmətindən müvafiq rəylər alınmış, çoxsaylı digər istintaq hərəkətləri həyata keçirilib.

Bunu Rusiyada qətlə yetirilən azərbaycanlıların cinayət işi ilə bağlı mətbuat konfransında Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov deyib.

Onun sözlərinə görə, Ziyəddin Səfərov 27 iyunda öz evində saxlanılan zaman bədənində ciddi xəsarətlər olmayıb:

"Ziyəddin Səfərov avtomobildə və aparıldığı yerdə fiziki zorakılıqla aldığı xəsarətlər nəticəsində öldürülüb.

Ramin Səfərov da 27 iyunda Rusiya Federasiyasında fiziki zorakılığa məruz qalan şəxslərdən biridir".
Избранный
15
4
7news.az

4Источники