RU

İdarə rəisi: Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək

Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək.

"Report" xəbər verir ki, bunu Baş prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

İdarə rəisi Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasının Konstitusiyaya əsaslandığını xatırladıb:

“Bu hüquqların təmin edilməsi dövlətin ali məqsədidir və Azərbaycan prokurorluğu da buna sadiqdir. Baş prokurorluq bu cinayət işinin araşdırılmasını özünə borc bilir”.

Избранный
25
15
report.az

10Источники