RU

Pərviz Cəlilov: İstintaq zamanı zərərçəkən şəxslərin yaxınları zərərçəkən kimi tanınıb

BAKI, 2 iyul. TELEQRAF

İstintaq zamanı zərərçəkən şəxslərin yaxınları zərərçəkən kimi tanınıb.

Teleqraf xəbər verir ki, bu barədə Baş prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş Prokurorluğun istintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov deyib.

O bildirib ki, Ziyəddin Səfərov Rusiya hüquq mühafizə orqanlarının avtomobilində işgəncəyə məruz qalıb.

"Saxlanılan şəxslərlə bağlı əməliyyat istintaq hərəkətləri keçirilib. Ziyəddin Səfərov 27 iyun yaşadığı evdən çıxarılıb. Görüntülər zamanı evdən çıxarkən onun üzərində xəsarət izi olmayıb. O, evdən çıxarılarkən Rusiyanın hüquq-mühafizə orqanları tərfindən işgəncəyə məruz qalıb".

Избранный
57
teleqraf.com

1Источники