RU

El Klasikoların vaxtı açıqlandı

2025/2026 mövsümündə İspaniya La Liqasında "Real Madrid" və "Barselona" komandaları arasında keçiriləcək oyunların tarixləri müəyyənləşib.

Axar.az xəbər verir ki, ilk El Klasiko qarşılaşma 26 oktyabra təsadüf edəcək.

Həmin gün X tur matçı Madriddəki "Santyaqo Bernabeu" stadionunda təşkil olunacaq.

İkinci görüş isə 2026-cı il mayın 10-da XXXV turda gerçəkləşəcək. Bu dəfə komandalar "Kamp Nou"da üz-üzə gələcəklər.

Qeyd edək ki, 2024/2025 mövsümündə "Barselona" "Real Madrid"i La Liqadakı hər iki matçda məğlubiyyətə uğradıb - 4:0, 4:3. Yekunda Kataloniya komandası çempion, paytaxt təmsilçisi vitse-çempion olub.
Избранный
31
9
sherg.az

10Источники