RU

ABŞ Senatı Trampın dövlət xərclərinə dair qanun layihəsini qəbul edib

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Senatı Prezident Donald Trampın administrasiyasının təşəbbüsü ilə hazırlanmış və vergilərin azaldılmasını, borc tavanının artırılmasını nəzərdə tutan dövlət xərcləri haqqında qanun layihəsini qəbul edib.

Oxu.Az bu barədə "C-SPAN" telekanalına istinadla xəbər verir.

Sənədi 50 qanunverici dəstəkləyib, eyni sayda qanunverici isə əleyhinə səs verib. Yuxarı palatada fikirlər bərabər bölündüyü üçün ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens səsvermə hüququndan istifadə edib. ABŞ Konstitusiyasına görə o, Konqresin yuxarı palatasına sədrlik edir.

Qeyd edək ki, Trampın "vahid, böyük, gözəl qanun layihəsi" adlandırdığı sənəd bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
76
50
oxu.az

10Источники