İyulun 2-si dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd edilir.
Publika.az xəbər verir ki, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) əsası 1924-cü ilin bu günündə qoyulub.
AİPS-in yaradılması təşəbbüsü beynəlxalq idman mətbuatı nümayəndələrinin Parisdə keçirilmiş konqresində qəbul edilib.
Əlamətdar gün 1995-ci ildən başlanaraq hər il qeyd olunur.
Hazırda dünyanın 160-dan çox ölkəsinin AİPS-də təmsilçisi mövcuddur.