RU

"Sabah" Fransa klubunun yetirməsini transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi 25 yaşlı dayaq yarımmüdafiəçisi Zinədin Uld Xaledlə 2 illik müqavilə imzalayıb.

Fransanın “Anje” klubunun yetirməsi olan futbolçu karyerası ərzində bu klubun əsas və B komandalarında çıxış edib.

Qeyd edək ki, bu yay Fəxri Məmmədli ("Şamaxı"dan icarədən qayıdıb),  Valdas Dambrauskas (baş məşqçi), Akim Zedadka ("Pyast", Polşa) və Stiv Solvet (“Martiq”, Fransa) da "Sabah"a qoşulub.
Избранный
20
1
sherg.az

10Источники