Fransanın “Anje” klubunun dayaq yarımmüdafiəçisi Zinədin Uld Xaled bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi “Sabah”la 2 illik müqavilə imzalayıb.
Zinədin Uld Xaled Fransanın “Anje” klubunun yetirməsidir. Yarımmüdafiəçi karyerası ərzində bu klubun əsas və B komandalarında çıxış edib. O, “Anje”nin əsas komandasında 46 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.
Xatırladaq ki, “Sabah” daha öncə Akim Zedadka və Stiv Solveti də transfer etmişdi. Ötən mövsüm icarədə olmuş Rüstəm Samiqullin, Fəxri Məmmədli və Rauf Rüstəmli də paytaxt klubuna qayıdıblar. Rəhman Daşdəmirov, Stas Pokatilov və Anatoli Nuriyev isə yeni müqaviləyə imza atıblar. Şakir Seyidov, Con İrasabal, Namiq Ələsgərov, Vensan Till və Sofian Çakla da “Sabah”ı tərk ediblər.