RU

Diaspor rəhbəri Səfərov qardaşlarının işində şahid olduğuna görə saxlanılıb - Oğlu DANIŞDI - VİDEO

Xəbər verdiyimiz kimi “Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski Yekaterinburqda saxlanılıb.

Bizim.Media xəbər verir ki, diaspor rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılma ilə bağlı açıqlama verib.

O bildirib ki, Şahin Şıxlinski iyunun 27-də həbs edilən Səfərov qardaşlarına qarşı cinayət işi üzrə şahid qismində çıxış edib.

M. Şıxlinski qeyd edib ki, atası artıq bu iş üzrə şahid qismində ifadəsini verib, yenidən saxlanmasının və hücuma məruz qalmalarının sözügedən hadisə ilə bağlı olduğunu güman edir.

Qeyd edək ki, Ş. Şıxlinskiyə hücum olunan zaman oğlu Mutvali Şıxlinski də avtomobildə olub. O da zorla avtomobildən düşürülərək döyülüb.


Bizim.Media

Избранный
53
7
bizim.media

6Источники