RU

Bu dəfə taksi sürcüləri sərnişinlərdən şikayətçidirlərVİDEO

Adətən sərnişinlər taksi sürcülərindən narazılıq edirlər. Bu dəfə isə taksi sürcüləri bəzi sərnişinlərdən şikayətçidirlər.

Kimisi yüksək səslə danışıb sürücünün fikrini yayındırır, kimisi təmizliyə riayət etmir, kimisi də getdiyi yolun pulunu ödəmir.

Xezerxeber.az-ın məlumatına görə, bəzi sərnişinlər isə sürücülərdən qayda pozuntusu etməyi istəyirlər. Hətta sürət həddini aşmalarını istəyən vətəndaşlar da olur.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, sərnişinlər yol hərəkəti qaydalarına əməl etməlidirlər. Ən əsası isə sürcünün fikrini yayındırmaq olmaz. 

Ərşad Hüseynov əlavə edib ki, sərnişin qaydalara əməl etmədiyi təqdirdə sürücü polisə müraciət edə bilər. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
17
xezerxeber.az

1Источники