RU

"Kaan" qırıcıları tələbi ödəmir? - Türkiyə Almaniyadan 40 ədəd “Eurofighter” alır...


Türkiyənin istehsal etdiyi "Kaan" döyüş təyyarələri beşinci nəslə aiddir

Türkiyə tezliklə 40 ədəd “Eurofighter” qırıcı təyyarələri alacaq. Hərbi texnika sövdələşməsinə ən son maneə “Eurofighter” konsorsiumuna daxil olan Almaniyanın mövqeyi olsa da, Berlin artıq Türkiyəyə təyyarələrin tədarükünə ilkin razılığı ötən il verib.

İtaliya, İspaniya və Böyük Britaniyanın təmsil etdiyi konsorsiumun qalan üzvləri daha əvvəl Ankara ilə bu sahədə əməkdaşlıq ideyasını bəyənib.

“Eurofighter” konsorsiumunun nümayəndə heyəti ötən il Ankaraya gəlib və orada sövdələşmənin texniki parametrlərini, o cümlədən pilotların hazırlığı, qırıcılara texniki xidmət göstərilməsi məsələlərini müzakirə edib və müəyyən qərarlar qəbul ediblər.

Rəsmi Ankara NATO tərəfdaşları tərəfindən müdafiə sektorunda məhdudiyyətlərin yolverilməzliyi ilə bağlı bəyanatlarını xatırladıb.

Ərdoğan Hollandiyada Almaniya kansleri Fridrix Merzlə görüşdə də bu məsələni müzakirə edib. Türkiyə ilə Almaniya 40 ədəd “Eurofighter” qırıcı təyyarəsini satın almaq haqda yekun razılığa gəliblər.

Bildiyimiz qədər, Türkiyənin özü "Kaan" adlı qırıcılar istehsal edir. Məgər

"Kaan" “Eurofighter”dən geri qalan təyyarədir ki, Türkiyə bu tip təyyarəni xaricdən idxal edir?

Əvvəla onu qeyd edək ki, "TAI TF-X Kaan" və ya qısaca ifadə etsək "Kaan" qırıcı təyyarəsi hələ bu il sınaq uçuşlarına başlayıb. Adətən qırıcı təyyarələr ilk sınaq uçuşlarından bir neçə il sonra istismara verilir. Bu illər ərzində isə təyyarənin əsaslı sınağı həyata keçirilir, layihənin boşluqları aşkarlanır və aradan qaldırılir. Qardas Türkiyə Cumhuriyyətinin istehsal etdiyi sözügedən təyyarənin sınaqları hazırda davam etdirilir. Bu qırıcı təyyarənin istismara verilməsi 2030-cu ildə nəzərdə tutulur. Bu müddət uzana da bilər.

Onu da qeyd edək ki, "Eurofighter" dördüncü nəsil qırıcı təyyarələr sinfinə daxil olsa da, Türkiyənin istehsal etdiyi "Kaan" qırıcıları beşinci nəslə aid təyyarədir. Yəni "Kaan" ABŞ-ın F-35 qırıcı təyyarəsi ilə eyni nəslə aiddir və təxminən eyni xarakteristikaya malikdir.

"Eurofighter Typhoon" dördüncü nəsil çoxməqsədli döyüş təyyarəsidir. "Typhoon" 1986-cı ildə"Alenia Aeronautica. BAE Systems" və EADS konsorsiumu tərəfindən yaradılmış, "Eurofighter GmbH" tərəfindən hazırlanmış və istehsal edilmişdir. Perspektivli təyyarə ilə bağlı ilk araşdırmalar 1979-cu ildə başlayıb.

Hazırda mövcud olan "Eurofighter"in 2003-cü ildə tam istismara hazır vəziyyətdə seriyalı istehsalına başlanılıb.

Türkiyə öz hərbi hava arsenalının inkişafını beş il dayandırıb "Kaan" döyüş təyyarələrinin istismara verilməsini gözləyə bilməz. Digər tərəfdən, Turkiyənin F-35 layihəsinə qayıdışı müəyyən zaman ala və yaxud bu baş tutmaya da bilər. Ona görə də Türkiyə hökuməti "Eurofighter" döyüş təyyarələrinin alinmasını bir neçə il əvvəl planlaşdırıb. Ötən il konsorsiumun sonuncu nümayəndəsi olan Almaniya ilə razılıq əldə edilib. Bu ilin sonuna qədər yəqin ki, döyüş təyyarələri Turkiyəyə təhvil veriləcək.

Yəni Türkiyənin 40 ədəd "Eurofighter" döyüş təyyarəsi alması o demək xeyil ki, "Kaan" bu döyüş təyyarəsindən geri qalır. Sadəcə olaraq, "Kaan" döyüş təyyarələri hələ hərbi istismara hazır deyil.

Akif NƏSİRLİ

Избранный
26
baki-xeber.com

1Источники