RU

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinəcinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğumaliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdətəqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsindəcinayət işi üzrə məhkəmə prosesi iyulun 1-də davam etdirilib.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər ZeynalAğayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarəttərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim GünelSəmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilindətərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təminolunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilkdəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərinhüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını vəvəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyanın hüquqlarını müdafiəedən vəkili Avraam Berman məhkəməyə müraciət edib. Bildirib ki,iyunun 23-də məhkəmə kollegiyası protokolla tanış olmaq üçün ona vətəqsirləndirilən şəxsə şərait yaradıb və onlar cari il fevralın13-də və 17-də keçirilmiş məhkəmə iclaslarının protokolları ilətanış olublar. Hazırda isə məhkəmə hazırlıq iclasında qəbul edilmişvə protokolda öz əksini tapmış qərarla tanış olmaq istəyirlər.Müdafiə tərəfi, eyni zamanda, həmin tarixlərdə keçirilən iclaslardaverdikləri vəsatətlərin təmin olunmasına dair qərarlarınçıxarışının da onlara verilməsini xahiş edib.

Təsirləndirilən Ruben Vardanyan da vəkilinin müraciətini müdafiəedib.

İclasa sədrlik edən hakim Zeynal Ağayev deyib ki, indiyədəktəqsirləndirilən şəxs və onun müdafiəçisi hansı sənədlərlə tanışolmaq istəyibsə, məhkəmə bunun üçün onlara şərait yaradıb, yenə dəəvvəl olduğu kimi, şərait yaradılacaq.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrindəkeçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası iyulun 8-də təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Избранный
77
24
az.trend.az

10Источники