RU

Aşağı qiymətə zirkon diş reklamlarına aldanmayın – Mütəxəssisdən VACİB XƏBƏRDARLIQ

Son zamanlar sosial şəbəkələrdə zirkon dişlə bağlı reklamların sayı artmaqdadır. Ancaq mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür reklamların bir çoxu insanları aldadaraq qeyri-peşəkar xidmətlərə yönləndirir.

Stomatoloq Zaur Zakiroğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, bəzi “stomatoloq” lar süni şəkildə aşağı qiymətlər göstərərək pasient cəlb etməyə çalışırlar. Onun sözlərinə görə, bu sahədə çalışan bir çox şəxsin hətta tibbi diplomu belə yoxdur:
 

“Onlar əsasən gizli şəkildə işləyirlər. Bəziləri isə tanınmış stomatoloji mərkəzlərdə, məsələn, Aristokrat kimi yerlərdə fəaliyyət göstərirlər. Qiymətlərin ucuz göstərilməsinin səbəbi isə ya texnik olmaları və dişi özlərinin hazırlamaları, ya da ümumiyyətlə stomatologiya sahəsindən olmalarıdır”, - deyə o bildirib.


Həkim əlavə edib ki, bu sahədə olan real mütəxəssislər vəziyyətə qarşı mübarizə aparmağa çalışsalar da, ciddi nəticə əldə etmək mümkün olmur. Zakiroğlu hesab edir ki, bu cür hallarla yalnız Səhiyyə Nazirliyinin ciddi nəzarəti və müdaxiləsi nəticəsində mübarizə aparmaq mümkündür:

“İnsanları qınamaq olmaz. Onlar daha ucuz və əlçatan xidmət axtarırlar. Amma bu boşluğu sui-istifadə edənlər doldurur. Əgər Aristokrat klinikasına belə bir yoxlama olunsa, nə qədər qeyri-qanuni fəaliyyət göstərən “həkim” ortaya çıxar”.

Mütəxəssis vətəndaşlara xəbərdarlıq edir ki, zirkon dişin metal-keramika qiymətinə təklif olunması şübhə doğurmalıdır:

 “Bu kimi hallarda pasiyentlər diqqətli olmalı, həkimin diplom və sertifikatlarını yoxlamalı, xidmət aldığı klinikanın rəsmi qeydiyyatda olub-olmadığını araşdırmalıdır”, - deyə o qeyd edib.

Aygün Hüseyn – Bizim.Media

Избранный
13
50
bizim.media

10Источники