RU

13-cü əsrə aid qəsr 33,3 milyon manata satılıb

İtaliyanın Florensiya şəhəri yaxınlığında yerləşən və 13-cü əsrə aid olan məşhur Sammezzano Qəsri 27 mart 2025-ci il tarixində keçirilən məhkəmə hərracında 18 milyon avroya (təxminən 33,3 milyon manat) satılıb.

Valyuta.az xəbər verir ki, qəsrin əvvəlki satış cəhdi 2017-ci ildə baş tutmuşdu.

Həmin vaxt Dubaidə yerləşən “Helitrope Limited” şirkəti onu 14,4 milyon avroya (təxminən 26,6 milyon manat) almağa çalışsa da, Florensiya məhkəməsi bu alqı-satqını etibarsız sayaraq ləğv etmişdi. Uzun fasilədən sonra qəsr yenidən açıq hərraca çıxarıldı və bu dəfə Florensiyadan olan Moretti ailəsi ona sahib oldu. Satış rəsmi olaraq “SMZ Srl” adlı şirkət vasitəsilə həyata keçirilib.

Qəsrdə 365 otaq var və onların hər biri fərqli şəkildə bəzədilib. Yeni sahiblər qəsrin ictimaiyyət üçün açıq muzey və park kompleksinə çevriləcəyini bildiriblər. Restorasiya işləri üçün əlavə 50–68 milyon avro (təxminən 92,5–125,8 milyon manat) arası sərmayə yatırılması planlaşdırılır. 

Mayya Hüseynova

Избранный
41
22
valyuta.az

10Источники