RU

Yolunu azmışlar...

"Qadın evin həm xanımı, həm də qulluqçusudur. Həm də həyat yoldaşının doğmalığını təsdiq edəndir. Həyat oldaşı "doğma" deməkdir. Qadın nümunədir. Bu adı qazanmaq çətindir. Əsl qadın adını qazanana qadın deyirlər. Təəssüf ki, bu cür qadınlara həsrətik".

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "1 AZTV"də qonaq olarkən deyib. Aktrisa qadınlardan danışıb:

"Heç bir qadın xoşlamır ki, ona "kişi kimi qadın" desinlər. Qadın bəzənir, səliqəli geyinir, gözəl ətir vurur ki, desinlər, necə gözəl səliqəsi, abırı var. Zəmanə bunu tələb edir. İncəsənət aləmində özünü elə aparmalısan ki, artıq-əskik nəsə deməsinlər. Biz kimlərəsə nümunəyik. Gənclər bizdən götürür. Bizdə də yolunu azmışlar var, söz deyə bilmirik. Amma gələcəyimiz, millətin naminə deməliyik. Bu, olmamalıdır.

Избранный
109
23
publika.az

5Источники