RU

Kivu “Fluminense”yə məğlubiyyətə aydınlıq gətirdi

“İnter”in baş məşqçisi Kristian Kivu 2025-ci il FIFA Klub Dünya Kubokunun “Fluminense” ilə 1/8 final oyununda məğlubiyyəti (0:2) şərh edib.

Arena.az FIFA-nı rəsmi saytına istinadən, 44 yaşlı rumın mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Biz təslim olmurduq. Biz sona qədər cəhd edirdik. Heyətə bir neçə dəyişiklik etməyə də cəhd etdik. Bu, bizim günümüz deyildi. Vəssəlam. Biz həmişə olduğu kimi, var gücümüzlə cəhd edirdik. Bu gün bizim üçün heç də ən uğurlu gün deyildi… Biz onların müdafiədə beş oyunçu ilə oynayacağını da gözləmirdik. Onlar müdafiədə alçaq əngəl tətbiq etməklə yaxşı təşkilatlanmışdılar. Bizə isə buna qarşı həll tapmaq çətin idi, xüsusilə birinci hissədə”, deyə Kivu təəssüflə vurğulayıb.

Beləliklə İtaliya nəhəngi “İnter” klublararası dünya çempionatı ilə vidalaşıb. 1/4 finala vəsiqə qazanmış “Fluminense” isə bu mərhələdə Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal”la qarşılaşacaq.

Избранный
43
6
arena.az

5Источники