RU

Rusiya ordusu daha da güclənəcək?

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Almaniya ordusunun Quru qoşunlarının baş müfəttişi, general-leytenant Alfons Mays belə deyib. “Mən qəti əminəm ki, Rusiya silahlı qüvvələri bu müharibədən sonra daha güclü olacaq. Rusiya üçün itkilərin səviyyəsi heç də önəmli deyil. Onlar hər il 200 min çağırışçını öz sıralarına cəlb edirlər və şəxsi heyətin sayını 1,5 milyona çatdırıblar. Bu, Qərblə genişmiqyaslı münaqişəyə hazırlıqdır”, - alman generalı “Maybrit İllner” verilişinin efirində iddia edib. Mays həmçinin xatırladıb ki, Rusiya televiziyası hər gün “Lissabon, Paris və Berlinin bombalanmasını” müzakirə edir, lakin Almaniyada hələ də Moskvadan gələn təhlükəni lazımınca qiymətləndirmirlər. O, Rusiya Silahlı qüvvələrində xidmət müddətinin bir ildən iki ilə qədər artırıldığını söyləyərək, Moskvanın “Qərblə böyük bir şərti toqquşmaya” hazırlıq üçün texnologiya, hərbi texnika və istehsal gücünə investisiyaları artırmağa da davam etdiyini vurğulayıb. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
56
6
azvision.az

4Источники