RU

Neymar tənqidlərə belə cavab verdi: Pis olan odur ki...

"Santos" klubunun hücumçusu Neymar açıqlama verib.

Publika.az xəbər verir ki, braziliyalı futbolçu ünvanına yönələn tənqidlərə münasibət bildirib:

"Mən başqalarının nə düşündüyünə nəzarət edə bilmərəm. Bizim həyat tərzimizi heç cür anlamayan insanlara cavab vermək çətindir. Qınamaq asandır, amma arxasında nə dayandığını başa düşmək çətindir. Karyeram boyu azacıq da olsa həmişə kədərlənmişəm ki, insanlar mənim haqqımda danışırlar, futbol haqda yox. Üstəlik, bu insanlar məni tanımırlar.

Mən yaxşı insan olduğumu bilirəm və bu vəziyyətlə barışmaq çətin olur. İstərdim ki, insanlar daha çox meydandakı oyunuma əhəmiyyət versinlər.

İndi internet və sosial şəbəkələrin olduğu dövrdə insanlara yalnız idmançının özü ilə maraqlanmaq çətindir. Pis olan odur ki, bəzi insanlar məni yalnız müəyyən bir şəkildə qiymətləndirir, bəzən nifrət edirlər. Halbuki onlar məni tanımırlar, gündəlik həyatımın bir hissəsi deyillər, ailəm və özüm üçün nə qədər çalışdığımı bilmirlər.

Избранный
4
2
publika.az

3Источники