Azərbaycan Dövlət Sərhəd Xidməti iyun ayında 13 nəfərin sərhədi pozması faktını qeydə alıb. Bu barədə qurumdan bildirilib.
Saxlanılan şəxslər arasında 8 Azərbaycan, 2 Pakistan, 1 Türkiyə, 1 İran və 1 Qana vətəndaşı var.
Onlardan 8 nəfər saxtalaşdırılmış pasport və tarix möhürü ilə sərhədi keçməyə cəhd göstərib. Sərhəd rejimi qaydalarını pozan 905 nəfər saxlanılıb.
Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 289 nəfər tutularaq müvafiq qurumlara təhvil verilib. Ölkədən çıxışı qadağan edilən 428 nəfərin ölkəni tərk etməsi, həmçinin girişi qadağan olan 35 nəfərin sərhəddən keçməsinin qarşısı alınıb.