BAKI, 1 iyul. TELEQRAF
Masallıda abadlıq işlərinin aparılmasına 1,2 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bununla bağlı Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər üzrə Nümayəndəliyi açıq tender elan edib.
Tenderin ehtimal olunan qiyməti 1 milyon 271 min 58 manatdır.
Qeyd edək ki, təchizatçılar təkliflərini təqdim etmək üçün 600 manat iştirak haqqı ödəməlidirlər. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyulun 28-nə təyin olunub.