RU

"Çelsi" və "Liverpul" belçikalı futbolçu üçün təklif göndərib

Fransanın "Lion" klubunun futbolçusu Malik Fofana karyerasını İngiltərədə davam etdirə bilər.

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" və "Liverpul" 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Premyer Liqa təmsilçiləri belçikalı oyunçu üçün təklif də göndərib. Liqa 2-yə düşdükdən sonra "Lion"un maliyyə göstəricilərini sabitləşdirmək üçün oyunçularını satacağı gözlənilir. Fofananı İtaliyanın "Roma" klubu da heyətinə qatmaq istəyir.

Qeyd edək ki, 2024/2025 mövsümündə "Lion"da 41 oyuna çıxan futbolçu 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
2
7
report.az

10Источники