RU

İyulda qeyri-sabit hava gözlənilirVİDEO

İyul ayında Azərbaycana daxil olan soyuq hava kütlələrinə görə bol yağıntı gözlənilir.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı Coğrafiya İnstitutunun İqlim və Aqroiqlimşünaslıq şöbəsindən məlumat verilib. Bildirilib ki, şimaldan Azərbaycana daxil olan soyuq hava kütlələri nəticəsində qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Həmin soyuq hava kütlələri nəticəsində, Azərbaycana bol yağıntıların düşməsi gözləniləndir. Bu da daşqınlara, çaylarda sululuğun artmasına səbəb ola bilər. Lakin, hava şəraiti may-iyun aylarında normadan aşağı keçdiyinə görə, iyulda nisbətən isti ola bilər.

Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev qeyd edib ki, bu proqnozlar iyul ayına xarakterik hal hesab olunur.

O da bildirildi ki, son illərin nisbətən quraq keçməsi səbəbindən yaranan problemlər də sona çatmaq üzrədir.

Ənvər Əliyev əlavə edib ki, yaxın günlərdə Xəzər dənizinin səviyyəsində müsbət dəyişiklik aydın müşahidə edilə bilər.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Избранный
9
xezerxeber.az

1Источники