RU

Vətəndaşlar Bakıda növbəti yol çökməsi təhlükəsindən NARAHATDIRLARVİDEO

Kənardan asfaltlı yoldur, amma diqqətlə baxanda yerin altında olan naqillər, kanalizasiya xəttləri görünür...

Ötən həftə baş verən bədbəxt hadisə vətəndaşları qorxuya salıb. Sosial şəbəkələrdə çökmüş yolların fotolarının videoları paylaşılır. Elə bizdə həmin ərazilərdən bəzilərinə yollandıq. Həqiqətən də təhlükəli vəziyyətin olduğunun şahidi olduq.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyir ki, həmin ərazilər mütləq düzəldilməlidir. Əks halda başqa bədbəxt hadisə qaçılmaz olacaq.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Bildirildi ki şəhər infrastukturunda bütün kommunikasiya xətləri yolun altında çəkilir. Həmin xətlərdə problem olduqda bu, yol yatağına təsir edir. Belə hal olduqda dərhal həmin xətlərin aid olduğu quruma məlumat verilir ki, gəlib problemi aradan qaldırsın. Daha sonra isə yolun bərpa işləri həyata keçirilir.

Baş verən çökmələr ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edildi ki, hansı ərazilərdə sukanal idarəsinin balansında olan kollektorların, o cümlədən tullantı su quyularının üzərində qəzalı vəziyyət yaranıbsa aradan qaldırılır. Müvafiq sukanal idarələrinin əməkdaşları 24 saat ərazidə monitorinq aparırlar, həmçinin media nümayəndələrindən, çağrı mərkəzindən daxil olan zənglər əsasında da həmin ərazilər aşkara çıxarılır və müvafiq tədbirlər görülür.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Избранный
13
xezerxeber.az

1Источники