Son günlər Yekaterinburqda baş verən hadisələr tutduğu vəzifədən, sosial vəziyyətdindən, yaş həddindən asılı olmayaraq hər bir azərbaycanlının hiddətinə səbəb olub. Hər kəs baş verənlərdən təəssüf hissi keçirdiyini bildirir, dövlətinin yanında olduğunu, dövlət başçısının ətrafında sıx birləşdiyini bəyan edərək, Rusiyada həmyerlilərimizə qarşı baş verən vəhşiliyə qarşı lazımi addımlar atılmasını istəyir.

Bəşirovlar ailəsi ölkə rəhbərindən və əlaqədar qurumlardan Tümendə ağır şərtlər altında həbsdə saxlanan həmyerlilərimizin azad edilməsi üçün müvafiq addımların atılmasını xahiş edirlər. Ailə inanır ki, dövlətimiz raşizmin əsirinə çevrilən hər bir vətəndaşına sahib çıxacaq.