Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və ‘’World Triatlhon’’un dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Triatlon Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən məşqçilər üçün I dərəcəli kurs (LEVEL1) başa çatıb.
Apasport.az xəbər verir ki, təlimlərdə 16 məşqçi iştirak edib, onlardan 25%-ni qadınlar təşkil edib.
Bağlanış mərasimində MOK-un vitse-prezidenti Fərid Mansurov, İdman İdarəsinin müdiri Həsənağa Rzayev, layihə meneceri Elxan Səmədzadə, Azərbaycan Triatlon Federasiyasının baş katibi Seymur Hüseyinov və mətbuat xidmətinin rəhbəri Sənubər İmanova, həmçinin beynəlxalq təlimçilər Firas Al-Hmood (İordaniya) və Aleksey Kalinin (Qırğızıstan) iştirak ediblər.
Kursu müvəffəqiyyətlə tamamlayan iştirakçılara ‘’World Triathlon’’ tərəfindən təsdiqlənmiş sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, bu təşəbbüs ölkəmizdə triatlon üzrə məşqçi potensialının gücləndirilməsinə xidmət edir.
Stend atıcılığı üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib
Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək
Tennisçilərimiz "Davis Cup"da 3-cü qrupa yüksəliblər
III MDB Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası baş tutub
Bakıda nadir klassik avtomobillərin sərgisi davam edir