RU

Ekspert Aslan Əsədov: "Kompleks şəkildə qanun pozuntusu gəncin həyatına son qoydu" » AzadMedia.az


İyunun 26-da axşam saatlarında Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində dəhşətli hadisə baş verib. 27 yaşlı Cümşüd Cümşüdov yol səthinin çökməsi nəticəsində kanalizasiya xəndəyinə düşərək həyatını itirib.

Faciədən dərhal sonra aparılan axtarışlar nəticəsində mərhumun meyiti iki gün sonra – iyunun 28-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Azadmedia.az-a açıqlamasında bildirib ki, bu cür faciələrin əsas səbəblərindən biri təmir-tikinti işlərinin texniki normativlərə uyğun aparılmamasıdır:

“Hadisə yerində iş aparan qurumların standartlara əməl etməməsi və təhlükəsizlik tədbirlərinin yetərincə görülməməsi kompleks şəkildə qanun pozuntusudur. Təəssüf ki, nəticədə heç bir günahı olmayan bir gənc faciəli şəkildə həyatını itirdi.”

Ekspert hesab edir ki, bu kimi ərazilər mütləq qaydada haşiyələnməli, xəbərdaredici lentlər və işarələrlə təmin edilməli, müvafiq təhlükəsizlik tədbirləri görülməlidir:

“Əgər təhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu hadisə yaşanmazdı. Əminik ki, istintaq obyektiv nəticəyə gələcək və cavabdeh şəxslər məsuliyyətə cəlb olunacaq. Belə halların təkrarlanmaması üçün həm sifarişçilər, həm də podratçı şirkətlər öz işlərinə daha ciddi yanaşmalıdır.”

Qeyd edək ki, ictimaiyyət tərəfindən böyük rezonansa səbəb olan bu hadisə Baş Prokurorluq tərəfindən xüsusi nəzarətə götürülüb. Cəmiyyət isə məsuliyyətsizliyin cəzasız qalmayacağına və ədalətin təmin olunacağına ümid edir.
Araşdırmalara görə, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.
Избранный
20
1
azadmedia.az

2Источники