RU

Türkiyə F-35 qırıcılarının tədarükünü bərpa edir

Amerikanın beşinci nəsil F-35 qırıcılarının Türkiyəyə tədarükünün bərpası məsələsi ilin sonuna kimi həll oluna bilər.

Publika.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Ankaradakı səfiri Tom Barak deyib.

Amerikalı diplomat qeyd edib ki, ABŞ və Türkiyə qırıcı təyyarələrin tədarükü ilə bağlı danışıqlarda öz mövqelərinə yenidən baxmağa hazırdır. Rəsminin sözlərinə görə, bu məsələnin müzakirəsi üçün yaxın vaxtlarda ölkə liderləri səviyyəsində görüşlərin keçirilməsi gözlənilir.

Eyni zamanda vurğulanıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçən həftə NATO sammitində ABŞ prezidenti Donald Trampla görüşdükdən sonra Ağ Ev liderinin Ankaraya F-35 qırıcılarının satışı məsələsi ilə bağlı “xoşməramlı” olduğunu bəyan edib.

Türkiyə F-35 döyüş təyyarəsi istehsalı proqramında iştirak edərək layihəyə 1,3 milyard dollar sərmayə qoyub. Lakin Ankara Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra ABŞ onu proqramdan çıxarıb və beşinci nəsil qırıcıların satışını qadağan edib.

Избранный
48
49
publika.az

10Источники