"Beşiktaş" klubu yay transfer pəncərəsinə damğa vuracaq transferi reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Temmi Abrahamı heyətinə cəlb edib. "Beşiktaş" bu keçid üçün "Roma"ya 20 milyon avro ödəniş edəcək. Müqavilənin müddəti 4 illik olacaq. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Tezliklə rəsmi açıqlamanın edilməsi gözlənilir.
Qeyd edək ki, 27 yaşlı hücumçu 2024-25 mövsümünü icarə əsasında "Milan"da keçirib.