RU

Zaxarova: Bakıda rusiyalı jurnalistlərlə görüşə icazə verilmir

Moskva Azərbaycandakı rusiyalı jurnalistlərlə bağlı vəziyyətdən narahatdır.

Yenisabah.az interfax-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O deyib: "Bakıdakı rus diplomatlarının 2 saatdan artıqdır jurnalistlərlə - Rusiya vətəndaşları ilə əlaqə saxlaya bilməməsindən narahatıq". Marqarita pizza

Zaxarovanın sözlərinə görə, “Rusiya səfirliyinin konsulluq şöbəsinin əməkdaşlarına rusiyalı jurnalistlərlə görüşə icazə verilmir”:

"Bu cür hərəkətlərin səbəbləri barədə məlumat verilmir. Biz jurnalistlərimizdən narahatıq. Rusiya səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətini məlumatlandırıb - heç bir cavab yoxdur".

Xatırladaq ki, bu gün DİN "Sputnik-Azərbaycan"ın ofisində əməliyyat keçirir.


Telegram kanalımız
Избранный
65
4
yenisabah.az

10Источники