Bakı Tikiş Evi (BTE) iyulun 1-dən etibarən məktəbli formalarının qiymətini aşağı salır.
Demokrat.az xəbər verir ki, bu barədə BTE-nin şöbə müdiri Etibar Əzimov məlumat verib.
O bildirib ki, yeni qiymətlərə əsasən, qısaqol polo köynək 8 manat, uzunqol polo köynək 10 manat, şalvar 15 manat, jaket 20 manat, ətək isə15 manat təşkil edir.
"Standart 26-54 ölçüdən böyük 56, 58, 60 şalvar, ətək və polo köynəklər artıq parça sərfiyyatı səbəbindən qiymətə 5 azn əlavə olunur", - E. Əzimov əlavə edib.
Qeyd edək ki, ötən il qollu və qolsuz köynəklər 15 manat, şalvar və ətəyin qiyməti isə 20 manat, jaket isə 30 manat idi. (Apa.az)
10Источники
-
news24.azSabahdan məktəbli formaları UCUZLAŞIR – YENİ QİYMƏTLƏR ( 18778411)
-
ucnoqta.azSabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL ( 18780820)
-
cebheinfo.azSabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL ( 18774865)
-
demokrat.azSabahdan məktəbli formaları UCUZLAŞIR — YENİ QİYMƏTLƏR ( 18771892)
-
operativmm.azSabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL ( 18770551)
-
apa.azSabahdan məktəbli formalarının qiyməti aşağı düşür CƏDVƏL ( 18769852)
-
poliqon.infoSabahdan məktəbli formalarının qiyməti aşağı düşür - Cədvəl ( 18768706)
-
redaktor.azSabahdan məktəbli formalarının qiyməti aşağı DÜŞÜR ( 18768478)
-
bizim.mediaSabahdan məktəbli formaları UCUZLAŞIR – YENİ QİYMƏTLƏR ( 18768310)
-
olke.azSabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL ( 18768220)