RU

Dünyada ən bahalı torpaq sahəsi neçəyə satılıb?

Dünyada ən bahalı torpaq sahəsi Çinin Honq - Konq şəhərində satılıb.

Valyuta.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, 2017-ci ilin mayında şəhərin mərkəzində 2 880 m² sahəyə malik olan ərazi 3 milyard dollara “Henderson Land Development” şirkətinə satılıb.

Bu, indiyə qədər satılmış ən bahalı torpaq sahibi adını qazanıb.

Həmin torpaq sahəsində “The Henderson” göydələni tikilib. Tikinti işləri 2019-cu ildə başlayıb və 2024-cü ildə tamamlanıb. 36 mərtəbəli və 190 metr hündürlüyə malik göydələn “Zaha Hadid Architects” tərəfindən dizayn edilib.

Bundan əlavə, dünyada ən yüksək qiymətə satılan torpaq sahəsi həm də Monaco ərazisindədir. Çünki bu, dünyanın ən sıx əhalisi olan ölkəsidir və burada torpaq çox məhduddur. Burada da kvadratı 1 milyon dollara satılan torpaq sahələrinə rast gəlmək mümkündür.

Избранный
42
22
valyuta.az

10Источники