RU

Ermənistan Baş naziri II Qaregini etiraf etməyə çağırdı

BAKI, 30 iyun. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə bütün ermənilərin katolikosu II Qareginə müraciət edib.

Teleqarf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

“Yalan danışma. Ktriç Nersisyan (II Qareginin əsl adı – red.), zəhmət olmasa, aydınlaşdırın, subaylıq andınızı pozmusunuz və uşağınız varmı?”, - Paşinyan qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib.

Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Həmçinin o, katolikosu Ermənistan dövlətinin maraqlarına qarşı fəaliyyətlərdə günahlandırıb.

Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.

Ermənistan KİV-in məlumatına görə, II Qareginin Xatun Qriqoryants adlı qızı var.

Избранный
13
50
teleqraf.com

10Источники