RU

Avropadan ABŞ-yə 2 saata – Yeni “Concorde” yenidən uçmağa başlayacaq


Əfsanəvi səsdən sürətli “Concorde” sərnişin təyyarəsi 2026-cı ildə təkmilləşdirilmiş versiyada yenidən istifadəyə veriləcək.
Yeniavaz.com
“Interesting Engineering” nəşrinə istinadla xəbər verir ki, ən azı, Amerikanın “Fly-Concorde Limited” şirkətinin planları belədir.
Şirkət iddia edir ki, onların yenilənmiş “Concorde” təyyarəsi 18 min metrdən çox hündürlükdə uça və sərnişinləri ABŞ-dən Avropaya və geriyə cəmi 2 saata daşıya biləcək.
Bu, hazırda sərnişinləri daşıyan adi təyyarələrdən üç dəfə sürətlidir.
Nəşr yazır ki, ilk uçuşların 2026-cı ildə həyata keçiriləcəyi gözlənilir.
Yenilənmiş “Concorde”un səsdən sürətli sərnişin təyyarəsinin daha sürətli uçması, səs baryerini keçərkən daha az səs-küy yaratması və sələfindən daha təhlükəsiz nəqliyyat vasitəsi olması gözlənilir.
“Concorde” təyyarəsinin yeni versiyası klassik dizaynını saxlayıb, lakin o, müasir mühəndislik həllərindən istifadə edilməklə yenidən dizayn edilib və bu, orijinalından tamamilə fərqli bir təyyarə olub.
Bu versiya qabaqcıl kompozit materiallar sayəsində 50% daha yüngül olacaq. Yeni təyyarə həm də daha təmiz aviasiya yanacağı ilə işləyəcək ki, bu da atmosferə atılan zərərli tullantıları 80% azaldacaq.
Qeyd edək ki, səsdən sürətli “Concorde” təyyarəsi ötən əsrin 60-cı illərində Böyük Britaniya və Fransa şirkətləri tərəfindən hazırlanıb. İlk uçuşunu 1969-cu ildə həyata keçirsə də, 1976-cı ildə sərnişin daşınması üçün istifadə olunmağa başlayıb.
Bu təyyarələr “British Airways” və “Air France” tərəfindən istifadə edilib. Avropadan ABŞ-yə uçuş müddəti 3,5 saat olub. Adi təyyarələr isə bu marşrut üzrə sərnişinləri 7-8 saata mənzilə çatdırıb. Səsdən sürətli “Concorde”un sürəti isə 2179 km/saat olub.
Избранный
4
2
yeniavaz.com

3Источники