RU

Lavrov: Erməni kilsəsinin hücuma məruz qalmasını istəmirəm

“KTMT ölkələrinin xarici işlər nazirləri Ermənistanda baş verənlərdən ciddi narahat olduqlarını bildiriblər”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının Qırğızıstanda keçirilən iclasındakı çıxışında deyib.
Rusiyalı nazirin sözlərinə görə, o, erməni kilsəsinin hücuma məruz qalmamasını və münaqişənin tezliklə həll olunmasını istəyir.
“Mövzu müzakirə olunub, Ermənistanın daxilində baş verənlərlə bağlı ciddi narahatlıq ifadə olunub. Aydındır ki, bu, qonşularımızın daxili işidir, amma minillik Erməni Apostol Kilsəsinə (?) edilən hücumlar çox narahatlıq doğurur. Kilsə ənənəvi olaraq həmişə erməni cəmiyyətinin əsas sütunlarından biri olub və istəməzdik ki, bu kilsə heç bir ciddi əsas olmadan əsassız hücumlara məruz qalsın.
Biz isə bu münaqişənin, bu vəziyyətin Ermənistan Konstitusiyası əsasında, dindarların hüquqlarına və əslində hər hansı digər insan hüquqlarına tam hörmət əsasında tezliklə həll olunmasında maraqlıyıq”, - Lavrov vurğulayıb.
Избранный
3
1
sherg.az

2Источники