
Fransa çempionu, ölkə kubokunun və Çempionlar Liqasının qalibi PSJ ABŞ-də keçirilən klublararası dünya çempionatında 1/4 finala yüksəlib.
Yeniavaz.com xəbər verir ki, İspaniyalı məşqçi Luis Enrikenin rəhbərlik etdiyi komanda 1/8 finalda Lionel Messinin də çıxış etdiyi Amerikanın “İnter Mayami” klubunu 4:0 hesabı ilə məğlub edib.
Portuqaliyalı yarımmüdafiəçi Joao Neveş ilk hissədə iki dəfə fərqlənib. Mərakeşli müdafiəçi Əşrəf Hakimi də fasilədən əvvəl qol vurub.
“İnter Mayami”nin argentinalı müdafiəçisi Tomas Aviles isə ilk hissədə avtoqolla yadda qalıb.
1/4 finalda PSJ “Bavariya” ilə qarşılaşacaq.