RU

Ağdamda minaya düşən polisin son durumu

Ağdam rayonunda baş verən mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.

Məlumata əsasən, Ağdam Rayon Polis Şöbəsinin 1988-ci il təvəllüdlü əməkdaşına sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.

Xatırladaq ki, iyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.

Избранный
151
36
modern.az

10Источники