RU

Ukrayna səfiri Yekaterinburq hadisəsini "Putin rejiminin əsl siması" adlandırdı

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisə ilə bağlı açıqlama verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandaki səfirliyi məlumat yayıb.
 
Səfir bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları azərbaycanlılara qarşı kobud şəkildə hücum edib. Hadisə nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər ağır bədən xəsarətləri alıb, doqquz nəfər isə saxlanılıb.
 
Yuri Qusev bu hadisəni “Putin rejiminin əsl simasının növbəti nümunəsi” adlandıraraq, baş verənləri qəti şəkildə pisləyib.
 
O qeyd edib ki, bu kimi hadisələr Rusiyada milli azlıqlara qarşı sistemli şəkildə həyata keçirilən zorakılıq və ayrı-seçkiliyin bir hissəsidir.
 
Ukrayna səfiri əlavə edib ki, bu cür hallar Rusiyada hüquq-mühafizə orqanlarının cəzasızlıq mühitində hərəkət etməsinin nəticəsidir. O, Putinin həm ölkə daxilində, həm də xaricdə öz vətəndaşlarına və digər xalqlara qarşı repressiv siyasət apardığını bildirib.
 
Yuri Qusev həmçinin vurğulayıb ki, Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Ukrayna ərazilərində də oxşar zorakılıq halları baş verir – uşaqlar oğurlanır, qadınlara qarşı zorakılıq törədilir, günahsız insanlar repressiyaya məruz qalır və qətlə yetirilir.
 
“Ukrayna olaraq biz bu acını yaxşı anlayırıq. Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildirir, həlak olanların ailələrinə başsağlığı verir və hadisənin ədalətli araşdırılmasını tam şəkildə dəstəkləyirik",- o qeyd edib.
 
Sonda o, beynəlxalq ictimaiyyəti bu cür zorakılıq hallarına səssiz qalmamağa çağırıb: “Moskva üzərində siyasi, diplomatik və sanksiya təzyiqi artırılmalıdır ki, bu cür faciələr nə Yekaterinburqda, nə Kiyevdə, nə də dünyanın başqa bir yerində təkrarlanmasın".
Избранный
19
50
moderator.az

10Источники