RU

Tanınmış futbolçu saxlanıldı

İngiltərə millisinin, “Mançester Yunayted” və “Liverpul”un sabiq futbolçusu Pol İns sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.

Msport.az xəbər verir ki, onun avtomobili hasara çırpılıb.

57 yaşlı veteran yarımmüdafiəçi iyulun 18-də məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, Pol İns İngiltərə millisinin heyətində 1996-cı ildə Avropa çempionatının bürünc medalçısı olub. O, “Mançester Yunayted”lə 2 dəfə liqa və federasiya kubokunun, həmçinin UEFA Superkuboku və Kuboklar Kubokunun qalibi olub.

Избранный
42
2
msport.az

3Источники