RU

İsraildə hərbçilərlə sakinlər arasında toqquşma oldu

İsrail hərbi bazası yaxınlığında yəhudi məskunlaşanlar, əsgərlər və polis arasında toqquşmalar baş verib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( IDF ) "Telegram" kanalı məlumat yayıb.

Onlarla insan Binyamin yaxınlığındakı hərbi bazanın qarşısında toplaşaraq, yaxın keçmişdə baş vermiş insidentə etiraz ediblər. Həmin insident zamanı əsgərlər havaya atəş açaraq, fələstinli kəndə hücum etməyə hazırlaşan köçkünləri dağıtmışdılar.

Etirazçılar təhlükəsizlik qüvvələrinin əməkdaşlarına hücum ediblər, bibər qazı istifadə ediblər və hərbi nəqliyyat vasitələrini dağıdıblar.

Əsgər və polis qüvvələri güc tətbiq etməli olublar, o cümlədən işıq-səs qumbaralarından istifadə ediblər.

Избранный
7
46
publika.az

10Источники