Nikolas Otamendi klubu ilə yenidən anlaşıb.
Benfika”nın kapitanı müqaviləsini yeniləyib.
Portuqaliya klubunun rəsmi saytının məlumatına görə, 37 yaşlı argentinalı futbolçu ilə yeni müqavilənin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Otamendi 2020-ci ildən “Benfika”da çıxış edir. O, komanda ilə Portuqaliya çempionatının, ölkə kubokunun və Portuqaliya Superkubokunun qalibi olub. Nikolas Argentina millisi ilə DÇ-2022-nin də qalibi olub.