ABŞ-də keçirilən FİFA Klublararası dünya çempionatı davam edir.
QOL.az xəbər verir ki, 1/8 finalın növbəti matçında "Flamenqo" və "Bavariya" komandaları qarşılaşıb.
Oyun Münhen klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda "Flamenqo"da çıxış edən "Qarabağ"ın sabiq hücumçusu Juninyo bu görüşdə sona qədər ehtiaytda qalıb.
30 iyun
"Flamenqo" - "Bavariya" - 2:4
Qollar: Gerson, 33, Jorjinyo, 55-pen. - Pulqar, 6-avtoqol, Keyn, 9, 73, Qoretska, 41,
Qeyd edək ki, 1/4 finala yüksələn "Bavariya" bu mərhələdə PSJ ilə qarşılaşacaq.